Polis kafedəkiləri güllələdi - 3 ölü, 16 yaralı

Argentinada bu gün gecə saatlarında sərxoş polis diskotekaya girib və ətrafa nizamsız atəş açıb.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 3 insan ölüb və 16 insan isə yaralanıb. Ölənlərdən biri yerli polis komissarıdır.

Faciə Argentinanın mərkəzi hissəsində yerləşən San-Luis əyalətinin Nasçel qəsəbəsində baş verib. Mülki geyimli polis diskotekaya girib, klubun qonaqlarına, işçilərinə və mühafizəyə atəş açmağa başlayıb. Polis rəisindən başqa, uzaq məsafəyə gedən yük avtomobilinin sürücüsü və boulinqdə işləyən yeniyetmə həlak olub.

Şahidlərin dediyinə görə, faciə zamanı diskotekada çox sayda gənc olub və onlar qaçaraq güllədən xilas olmağa çalışıblar.

AzNews.az