- Köhnə - Dünya
- 18 Mart 2014 11:30
- 3 930
BMT-də Krım müzakirə ediləcək
BMT Baş Assambleyasında Ukraynadakı vəziyyət müzakirə ediləcək.
AzNews.az-ın xəbərinə görə, Baş Assambleyanın martın 20-də keçiriləcək sessiyasında bu məsələyə yenidən baxılması gözlənilir.
ABŞ mediasına açıqlama verən BMT Baş Assambleyası fəaliyyətdə olan sədri Con Eş də məlumatı təsdiqləyib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının martın 15-də keçirilən yığıncağında Krımdakı referendumla bağlı qurumun sərt qətnamə qəbul etməsinin qarşısı Rusiyanın veto qoyması ilə alınıb.
AzNews.az