ABŞ Senatında Rusiyaya qarşı qanun

Rusiyaya qarşı təzyiqlərin artırılmasını dəstəkləyən qanun layihəsi ABŞ Senatına təqdim edilib.

AzNews.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasının üzvləri Rusiyanın Ukraynaya qarşı aqressiyasını əsas gətirərək, bu ölkəyə təzyiqlərin artırılmasının vacibliyini vurğulayıblar. Bu məqsədlə partiyanın Senatda təmsil olunan nümayəndələri effektli addımların atılması üçün qanun layihəsini hazırlayaraq, quruma təqdim ediblər.

Qanun layihəsində NATO-nun tədbirlərinin arıtırlması, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, o cümlədən Rusiyaya qarşı iqtisadi, bank, enerji sahələrində sanksiyaların stimullaşadırılması yer alıb.

AzNews.az