Iki qatar toqquşdu - 40 ölü

Hindistanın şimalında Uttar Pradeş əyalətinin Çureb dəmiryol stansiyası yaxınlığında yük qatarı sərnişin qatarı ilə toqquşub.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, olay nəticəsində 40 sərnişin ölüb, 130-dan çox sərnişin yaralanıb.

Mənbə bildirib ki, qəza yük qatarı sərnişin qatarının xətti ilə hərəkət etməsi nəticəsində baş verib. Sərnişin qatarının 6 vaqonu relsdən çıxıb.


Bu gün Hindistanın yeni baş naziri Narendra Modi and içib. O, "tvitter" səhifəsində qəza ilə bağlı məsul şəxslərə uyğun göstəriş verdiyini yazıb.

AzNews.az