- Köhnə - Dünya
- 9 İyul 2014 10:32
- 2 971
39 yaşlı ana 6 övladını öldürdü

ANS PRESS-in məlumatına görə, Yuta ştatında övladlarını öldürən qadın daha sonra onların meyitini qarajda gizlədib.
Polisin araşdırmaları nəticəsində məlum olbu ki, 39 yaşlı Meqan Hantsmen narkotik aludəçisi olub. O, 1996 və 2006-cı illər arasında anadan olmuş 6 övladını boğaraq öldürüb. Məsələ burasındadır ki, qadın narkotik istifadəçisi olduğuna görə, övladları dünyaya qüsurlu gəlib. Qadın polisə ifadəsində onlara baxmaqdan, qulluq etməkdən bezdiyini deyib. Polis qaraja baxış keçirən zaman 7-ci ölü uşağı da aşkarlayıb. Meqan Hantsmen narkotik istifadəçisi olduğuna görə, 7-ci uşaq ölü doğulub. Ölən 7 uşaqdan ikisi oğlan, beçi isə qız olub.
6 uşağın ölümündə təqsirli bilinən 39 yaşlı Meqan Hantsmenin iyulunun 21-də məhkəməsi keçiriləcək.
AzNews.az