Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı işə başladı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı işə başladı

Putindən Hillariyə dəvət

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı işə başladı


Rusiyanın Vladivostok şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı öz işinə başladı. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, zirvə toplantısının rəsmi hissəsinin açılışını ev sahibi Vladimir Putin edib.

Verilən məlumata görə, bu gün zirvə toplantısında təhlükəsizlik məsələləri, yeni nəqliyyat və logistika texnologiyaları sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bundan əlavə təşkilata üzv ölkələrin liderləri arasında 10-dan artıq ikitərəfli görüşlərin keçiriləcəyi də bildirilir. Eyni zamanda prezident Putinin ABŞ-ın dövlət katibi Hillari Klintona zirvə toplantısının bağlanış mərasiminə dəvət etməsi ilə bağlı məlumat da gələn xəbərlər arasındadır. Putinin Yaponiyanın Baş naziri və Cənubi Koreya prezidenti ilə görüşəcəyi də bildirilir.

Qeyd edək ki, Rusiyada ilk dəfə təşkil olunan bu sammitdə 21 ölkədən olan nümayəndə heyəti iştirak edir.

Sadiq
AzNews.az