Gürcüstan prezidentinin təkcə arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur. Gürcüstan prezidentinin təkcə arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur.

Saakaşviliyə hər gün yeni bir ittiham irəli sürülür

Gürcüstan prezidentinin təkcə arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur.



Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində yeni cinayət işi açılıb. ANS TV-nin məlumatına görə, ölkənin Baş Prokurorluğundan bildirilib ki, eks prezident şəxsi məqsədləri üçün dövlət büdcəsindən 6 milyon dollar xərcləməkdə ittiham olunur. Onun bu vəsaiti masajçılar, ispan aşpazı, şəxsi dizayneri, mehmanxanalar və suvenirlər üçün xərclədiyi bildirilir. Saakaşvilinin təkcə arıqlamaq prosedurunun dövlət büdcəsinə 113 min dollara başa gəldiyi iddia olunur.

Saakaşvilinin adı həm də 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində keçir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu deyilir. Bu səlahiyyət həddini aşdığı üçün Saakaşviliyə qarşı qaldırılan ikinci cinayət işidir. Əgər onun bu əməlləri sübuta yetirilərsə eks prezidenti 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tiflis şəhər məhkəməsi 2013-cü ilin noyabr ayından ABŞ-da yaşayan Saakaşvilinin qiyabi həbsilə bağlı qərar versə də, onun ölkəyə dönmək niyyətinin olmadığı məlumdur.

ABŞ Dövlət Departamenti də ona qarşı qaldırılan ittihamlardan narahatlığını bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə şəffaf və obyektiv istintaq aparılacağına söz verib.

AzNews.az