«Boko Haram” radikal terror qruplaşması ötən gün Nigeriyanın Yobe ştatında yerləşən Buni Yadi şəhərini ələ keçiriblər. «Boko Haram” radikal terror qruplaşması ötən gün Nigeriyanın Yobe ştatında yerləşən Buni Yadi şəhərini ələ keçiriblər.

“Boko Haram“ terror qruplaşması Nigeriyanın şimal-şərqində şəhər ələ keçiriblər

«Boko Haram” radikal terror qruplaşması ötən gün Nigeriyanın Yobe ştatında yerləşən Buni Yadi şəhərini ələ keçiriblər.



APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu şəhər uğrunda şiddətli döyüşlər iyul ayından davam edib.

Şahidlərin sözlərinə görə, şəhərdə terrorçuların nəzarət patrulları fəaliyyətə başlayıb. Onlar "qayda pozuntusuna" yol verən şəxsləri saxlayaraq, onları əhalinin gözü qabağında edam edirlər.

Məlumata görə, şəhər əhalisinin bir hissəsi 60 km aralıda yerləşən Damaturu şəhərinə qaçıb.

Qeyd edək "Boko Haram" qruplaşması ötən bir neçə həftə ərzində Borno ştatında Damboa və Quoza şəhərlərini ələ keçiriblər. Ordunun irəliləməsinə mane olmaq məqsədilə terrorçular yolları və körpüləri sıradan çıxarır.

Bölgə analitikləri "Boko Haram"ın son bir neçə ay ərzində mübarizə taktikasını dəyişdiyini qeyd edir. Belə ki, əvvəllər güc strukturlarının nümayəndələrinə və inzibati binalara hücum edərək partizan üsullarına üstünlük verən qruplaşma üzvləri son vaxtlar geniş əraziləri nəzarətə almağa çalışırlar. Analitiklər bunu "Boko Haram"ın şəriət qaydaları ilə yaşayan özlərinə məxsus dövlət yaratmaq məqsədi ilə əlaqələndirirlər.

AzNews.az