Artıq 2 hərbi gəmi Liviya sahillərinə yan alıb Artıq 2 hərbi gəmi Liviya sahillərinə yan alıb

ABŞ Liviya sahillərinə qoşun yığır

Artıq 2 hərbi gəmi Liviya sahillərinə yan alıb



Liviyada ABŞ səfirinin öldürülməsindən sonra ABŞ bu ölkənin dəniz sahillərinə 2 hərbi gəmi göndərib. AzNews.az-ın pravda.ru saytına istinadən verilən xəbərə görə, içərisində yüzlərlə desant olan gəmi heyətinə Liviyadakı ABŞ diplomatlarının təhlükəsizliyini təmin etmək tapşırılıb.

BBC- nin Rusiya xidməti bildirib ki, gəmilərdən biri Liviya sahillərinə tam yaxınlaşıb və döyüş hazırlığı vəziyyətinə gətirilib. Vəziyyətdən asılı olaraq istənilən an ağır silahlardan atəş açıla bilər. Bundan əlavə bəzi ABŞ telekanallarının yaydığı məlumata görə, Federal Təhqiqat İdarəsinin əməkdaşları və pilotsuz təyyarələr kəşfiyyat işinə cəlb olunub.
Qeyd edək ki, ABŞ diplomatları ölkədən çıxarılır.

Sadiq
AzNews.az