Ukraynanın baş naziri Arsen Yasenyuk və Ali Radanın sədri Aleksandr Turçenov yeni siyasi təşkilat yaradır. Ukraynanın baş naziri Arsen Yasenyuk və Ali Radanın sədri Aleksandr Turçenov yeni siyasi təşkilat yaradır.

Arsen Yasenyuk və Aleksandr Turçenov partiya yaradır - Ukrayna

Ukraynanın baş naziri Arsen Yasenyuk və Ali Radanın sədri Aleksandr Turçenov yeni siyasi təşkilat yaradır.



AzNews.az-ın xəbər verir ki, bu barədə məlumatı "Kapital" adlı Ukrayna qəzeti verib.

Qəzet yazır ki, siyasətçilərin birgə təsis edəcəyi qurum Arsen Yasenyuk rəhbərlik edəcək. Təşkilat növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə yaradılır.

Mətbuat orqanı xəbər verir ki, təşkilata rəhbərlik edilməsi ilə bağlı prezident Petr Poroşenko ilə aparılan danışıqlar nəticəsiz başa çatıb və dövlət başçısı bu təkliflə razılaşmayıb.

Qəzetə açıqlma verən deputat Andrey Sençenko deyib ki, adıçəkilən siyasətçilərin təsis edəcəyi təşkilat "Batkivşinı" partiyasının bazasında formalaşdırılacaq.

Xatırladaq ki, hər iki siyasətçi ötən ilin payızından Kiyevdə başlayan "Maydan" hərəkatının qələbəsindən sonra hakimiyyətə gəlib.

Məhəmməd
AzNews.az