- Köhnə - Dünya
- 1 Sentyabr 2014 07:10
- 4 574
Suriyada növbəti faciə - 42 uşaq öldürüldü

Suriyada növbəti faciə yaşanıb.
Anspress-in məlumatına görə, bu ölkədə son iki gün ərzində hökumət qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində azı 42 uşaq həlak olub. Hüquq-müdafiəçilərinin məlumatına görə, ölənlərin hamısı Suriyanın şimalındakı Hələb və İdlib şəhərlərinin sakinləridir.
Paytaxt Dəməşqdə hərbi-hava qüvvələri şəhərin cənubundakı Cubar bölgəsini bombalamağa davam edir. Həmin ərazi üsyançıların nəzarəti altındadır. Hökumət qüvvələri Cubara hücumu ötən həftə başladıb.
BMT-nin hesablamalarına görə, Suriyada 3 il yarımdır davam edən vətəndaş müharibəsi 200 mindən çox insanın həyatına son qoyub.
AzNews.az