- Köhnə - Dünya
- 5 Sentyabr 2014 20:48
- 3 025
Türkiyə bu il də “Eurovision“dan imtina etdi

ANS PRESS-in məlumatına görə, bu barədə TRT kanalının direktoru İbrahim Şahin danışıb.
Qeyd edək ki, Türkiyə 2013-ci ildə müsiqi yarışmasının qaydalarına etiraz edərək Malmödə keçirilən yarışmaya qatılmamışdı.
İbrahim Şahin "Eurovision"un əvəzində Asiya Sakit Yayım Birliyinin keçirdiyi musiqi yarışmasına "Manga" qrupu ilə qatılacağını söyləyib.
"Avropa Yayım Birliyinin başçısı bizə gələrək kameralar qarşısında üzr istədi, ancaq üzr həmişə yetərli olmur. Bizim razılaşmadığımız məqamlarla bağlı ciddi düzəliş olmasa, 2015-ci ilin "Eurovision" yarışmasına qatılmayacağıq".
AzNews.az