- Köhnə - Dünya
- 8 Sentyabr 2014 09:40
- 2 160
Ukrayna separatçıların dövlətini tanımayacaq

“Ukrayna heç bir halda Donetsk və Luqanskın müstəqilliyini tanımayacaq.”
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Donetsk şəhər administrasiyasının rəhbəri Sergey Tratua jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Tratua deyib ki, Luqansk və Donetsk əhalisi öz qərarlarını çoxdan verib: "Onlar Ukraynanın tərkibində yaşamaq istəyirlər. Əhali hər gün küçələrə çıxaraq, güllə yağışı altında mitinqlər keçirib, Rusiyaya öz etirazını bildirir. Bu problemin sülh yolu ilə həlli yoxdur, bütün əhali silahlanaraq ruslara qarşı vuruşmalıdır. Ruslar burada Abxaziya və Dnestryanı variantını tətbiq etmək istəyirlər, amma o variant burada alınmayacaq".
AzNews.az