PKK terror təşkilatı Türkiyədə 10 uşağı oğurlayıb. PKK terror təşkilatı Türkiyədə 10 uşağı oğurlayıb.

PKK 10 məktəbli uşağı oğurladı

PKK terror təşkilatı Türkiyədə 10 uşağı oğurlayıb.



Avropa.info-nun məlumatına görə, Muş rayonunun Bulanık qəsəbəsinə gələn PKK terrorçuları 10 uşağı silah gücüylə dağa qaçırıb. Hadisənin dünən gecə baş verdiyi bildirilir.

30 PKK üzvü qəsəbəyə gələrək sakinləri məscidə toplayıb. Xalqdan dəstək istəyən PKK-çılar gedərkən biri qız olmaqla 10 uşağı özləri ilə aparıb.

Uşaqların 12-15 yaş arası olduğu bildirilir.

Uşağını vermək istəməyən ata "Onu buraxın, məni aparın" deyərək qışqırıb.

PKK qurupundakı terroristlərdən biri isə "Mən 28 ildir əsgərəm. Bizə əsgər lazımdır" deyib.


AzNews.az