Türkiyənin ən böyük şəhərində keçirilən etirazlar qarşıdurmaya çevrilib Türkiyənin ən böyük şəhərində keçirilən etirazlar qarşıdurmaya çevrilib

İstanbul qarışdı - VİDEO

Türkiyənin ən böyük şəhərində keçirilən etirazlar qarşıdurmaya çevrilib

Türkiyənin İstanbul şəhərində hökumətə qarşı keçirilən icazəsiz etiraz aksiyası qarşıdurmalarla nəticələnib. Okmeydanında toplaşan fəallar yollarda barikadalar quraraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.



ANS TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, aksiyaçılar etirazlara davam ediblər. Polis fəallara qarşı güc tədbiq etmək məcburiyyətində qalıb.

Aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazlardan istifadə olunub. Fəallar polisə yanıcı və kəsici maddələrlə hücum ediblər. Polis zorakılıq törədən bir neçə şəxsi həbs edib.





AzNews.az