Roma Papası: “Suriyaya silah göndərmək “böyük günah”dır“

Roma Papası XVI Benedikt Suriyaya silah göndərilməsini dayandırmağa çağırıb. Suriyaya silah göndərilməsini "böyük günah" adlandıran Roma Papası bunun əvəzində sülh ideyası göndərməyi məsləhət bilib: "Suriyaya silah göndərilməsi birdəfəlik dayandırılmalıdır. Əvəzində sülh və məhəbəbət ideyası təlqin olunmalıdır". Bu barədə məlumatı "France Press" agentliyi yayıb.

Məlumatda bildirilir ki, Livana səfər edən Roma Papasını hava limanında prezident Mişel Süleyman qarşılayıb və bu səfəri "tarixi səfər" adlandırıb. Papanını Livan səfəri sentyabrın 16-dək davam edəcək.

E.Əlosmanqızı
AzNews.az