Anti-Amerika aksiyaları Hindistana da keçdi

Hindistanda da İslam dinini aşağılayan filmin nümayişinə etirazlar başladı. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, hindli müsəlmanlar ABŞ-ın ölkədəki səfirliyinə hücum ediblər.

Verilən məlumata görə, yüzlərlə müsəlman ABŞ-ın Çennai şəhərində yerləşən səfirliyini daş və butulka atəşinə tutublar. Səfirliyin pəncərələrinin sındırıldığı bildirilir. Yerli polisin verdiyi məlumata görə, aksiya fəallarından 86 nəfər saxlanılıb.

Sadiq
AzNews.az