Azərbaycanlı milyarderə növbəti zərbə Litvadan gəldi

Litva Seyminin İqtisadiyyat komitəsi “Lukoyl” şirkətinin Rusiyanın Avropadakı hərbi aqresiyasını müdafiə etməsi ilə əlaqədar məsələləri araşdırmaq üçün Dövlət Təhlükəsizlik Departamentinə müraciət etmək niyyətindədir.



Axar.az Regnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə komitənin üzvü Remiqiyus Jemaytaytis çıxış edib. O, "Lukoyl"un Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirdiyini bildirib. Jemaytaytis iddiaların təsdiqlənəcəyi təqdirdə "Lukoyl"un Litvada fəaliyyətinə qadağa qoyulacağını deyib.


AzNews.az