Böyük Britaniya Hərbi Hava Qüvvələrləri Rusiya strateji-bombardmançı təyyarələrinə xəbərdarlıq edib. Böyük Britaniya Hərbi Hava Qüvvələrləri Rusiya strateji-bombardmançı təyyarələrinə xəbərdarlıq edib.

Rusiya hərbi təyyarələri Britaniya sərhədində

Böyük Britaniya Hərbi Hava Qüvvələrləri Rusiya strateji-bombardmançı təyyarələrinə xəbərdarlıq edib.


ANS PRESS-in məlumatına görə, Böyük Britaniya HHQ-nin açıqlamasında bildirilir ki, Rusiya HHQ-ə məxsus Tu-95 strateji-bombardmançı təyyarələri Britaniyanın hava məkanına girməyə cəhd edib.

Bildirilir ki, bombardmançı təyyarələr neytral hava boşluğuna girib və Böyük Britaniyanın sərhədi boyunca uçuşlar həyata keçirib. Məsələ ilə bağlı Böyük Britaniyanın Lossimaus hərbi bazasından həyəcan siqnalı çalınıb və dərhal havaya iki "Tayfun" qırıcısı qaldırılıb. Qırıcıların xəbərdarlığından sonra Rusiya hərbi təyyarələri Britaniya sərhədindən uzaqlaşıblar.

AzNews.az