“Al Arabiya” onlar haqqında araşdırma aparıb “Al Arabiya” onlar haqqında araşdırma aparıb

İŞİD-ın 20 əsas rəhbəri haqqında önəmli məlumatlar…

“Al Arabiya” onlar haqqında araşdırma aparıb


"Al Arabiya News"un apardığı araşdırmalar zamanı "İraq və Şam İslam Dövləti"nin (İŞİD) ən yüksək məqamlı 20 liderinin kimliyi müəyyən edilib.

Araşdırma zamanı bu terror təşkilatının əsas "açar" fiqurları, onların hansı ölkəyə bağlı olması, təşkilatın strukturu və strategiyası haqqında yeni məlumatlar toplanıb.

İŞİD-ın ali liderləri

"Al Arabiya News" müəyyən edib ki, İŞİD-ə rəhbərlik edən ali məqamlı 20 nəfərdən 19-u İraq kökənlidir, yalnız bir nəfər Suriya əsillidir. Buna baxmayaraq, "İslam Dövləti"nin paytaxtı Raqqa şəhəri Suriyanın ərazisində yerləşir.

Əsl adı İbrahim Əvvad İbrahim Əli əl-Bədri olan Əbu Bəkr əl-Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində doğulub. İslamla bağlı müxtəlif tədris müəssələrində mühazirələr oxuyub, İraqda imam (sünni) kimi tanınıb. O, 2004-cü ildə ABŞ hərbçiləri tərəfindən İraqda həbs olunub və həbsxanada saxlanılıb. Həbsdən azad olunduqdan sonra isə "əl-Qaidə"yə qoşulub.

Fadel al-Xəyali (Əbu Müslum al-Türki) keçmiş İraq ordusunun zabitidir. Hazırda o, "xəlifə" əl Bağdadinin müavini statusundadır.

Adnan İsmail Nejm (Əbu Əbdülrəhman al-Bilavi) İŞİD-ın hərbi məsələlərinə baxır.

Abdullah Əhməd al-Maşhadani (Əbu al-Qasım) xaricdən gələn döyüşçülərə görə İŞİD-də məsul şəxs sayılır.

İŞİD rəhbərliyində yeganə kənar adam olan suriyalı Taha Sobhz Falaha (Əbu Mohamməd al-Adnani) İŞİD-in media ilə əlaqələrinə görə cavabdehlik daşıyır.

"Al Arabiya"nın hazırladığı video materialı izləməklə İŞİD-ın 20 nəfərlik rəhbərliyində olan digər şəxslər haqqında da məlumatlar əldə etmək olar.


Müsavat