- Köhnə - Dünya
- 23 Sentyabr 2014 13:29
- 2 580
Çində dəhşət - 250 min nəfər evakuasiya edildi

Çinin Şərq əyalətlərini təsiri altına alan Fung Vong qasırğasına görə 250 mindən artıq insan evakuasiya edilib.
AzNews.az xəbər verir ki, yerli mətbuatda qasırğanın Cıciang əyalətinin bir çox şəhərini təsiri altına aldığı və 32 min 900 gəminin limana geri çağırıldığı bildirilib.Qeyd edək ki, qasırğanın günortadan sonra Şanghay istiqamətində hərəkət edəcəyi və bölgədə güclü yağışlara səbəb olacağı gözlənilir.
Nərmin Məmmədli
AzNews.az