PKK liderindən şok açıqlama: “Bizə qoşulanların sayı rekord həddədir”

PKK lideri Cəmil Bayık terror qruplaşmasına qatılanların sayının hətta 1990-cı illərdəkindən daha çox olduğunu açıqlayıb.



AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, təkcə keçən ay bu qruplaşmaya qatılanların sayının 1200-ü keçdiyini açıqlayıb. Cəmil Bayık qeyd edib ki, 1993-cü ildə qrupa qatılanların sayı ayda 1000 nəfər olurdusa, indi bu rəqəm sürətlə çoxalır.

Türkiyəli jurnalist Amberin Zamanın "məktəb yandıraraq demokratiya olarmı" sualına Cəmil Bayık belə cavab verib: "Qrupa qatılanların sayı rekord həddədir. Məktəb yandırmaq yanlışdır. Lakin bizi narahat edən məsələ budur ki, kürtlər də öz imkanları ilə məktəb tikib kürdcə təhsil almaq istəyirlər. Dövlət bunu necə qadağa qoya bilər? Gənclərdə böyük bir kin var. "Məktəbləri yandırmayın" dediyimiz zaman "bəs, niyə bizim məktəbləri bağlayırlar" deyə soruşurlar.


Nərmin Məmmədli
AzNews.az