- Köhnə - Dünya
- 30 Sentyabr 2014 15:38
- 3 921
Müsəlman idmançı diz çökdüyünə görə cəzalandırıldı

Husain Abdullah 2012-ci il mövsümünü buraxaraq qardaşı ilə Həccə gedib Amerikada NFL (National Football League, Amerika Futbolu Liqası) oyunçusu Husain Abdullah xal yığandan sonra "dua etmək üçün" diz çöküb və buna görə cəzalandırılıb.
AzNews.az bbc-yə istinadən xəbər verir ki, bu haqda ABŞ mediası xəbər verib.
Məlumata görə, hakimlər dindar müsəlman olan Husain Abdullah-ın "idmançıya yaraşmayan hərəkətinə" və "yerə yıxıldığına" görə Kansas City Chiefs komandasına penalti cəzası verib.
29 yaşlı oyunçunun agenti reaksiyasını Twitterdə bölüşüb: "NFL @HAbdullah39-u [xal yığmasını] qeyd etdiyinə görə cərimələməyə çalışsa, problemlər olacaq", yazıb @CJLaBoy.
NFL hələ ki, məsələ ilə bağlı rəsmi şərh verməyib.
Qaydalara görə, xal qazananda diz çökmək olmaz, amma Allaha şükür etmək buna aid deyil, NFL eksperti və sabiq hakim Mike Pereira deyib.
USA Today-in müxbiri Chris Strauss yazıb ki, hakim onun dua etdiyini görməmiş Abdullah-nı cəzalandırıb.
Bir çox sosial media istifadəçisi hadisə ilə bağlı qəzəbini bildirib. "Brandan Marshall hər dəfə [xal qazananda] İsa Məsihə əllərini qaldırır - bu, cəzalandırılmır - Husain Abdullah Məkkəyə diz çökür, 15 yardlıq penalti", @KA_SportsChick Twitter-də yazıb.
Abdullah 2012-ci il mövsümünü buraxaraq həmçinin NFL oyunçusu olan qardaşı ilə Məkkəyə, Həcc ziyarətinə gedib.
Bazar ertəsi baş verən oyunda Kansas City Chiefs komandası New England Patriots-u 41-14 hesabı ilə məğlub edib.