- Köhnə - Dünya
- 1 Oktyabr 2014 21:25
- 3 836
Məktəbdə dəhşətli partlayış- 18 nəfər öldü
Suriyanın Homs şəhərində məktəblərdən birinin qarşısında minalanmış avtomobil partladılıb, digəri qarşısında isə terrorçu-kamikadze özünü partladıb.
"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, ümumilikdə 18 nəfər partlayışların qurbanı olub, 40 nəfər yaralanıb.
Terror aktları üzrə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
AzNews.az