Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə, ABŞ-ın vitse prezidenti Co Baydenə sərt mesajlar göndərib. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə, ABŞ-ın vitse prezidenti Co Baydenə sərt mesajlar göndərib.

Ərdoğan Co Baydenə səsləndi – "Bizdən üzr istəməlidir"

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə, ABŞ-ın vitse prezidenti Co Baydenə sərt mesajlar göndərib.


AzNews.az xəbər verir ki, Ərdoğan bu barədə bu gün səhər namaz qıldığı Sultanahmet məscidində jurnalistlərə deyib.

"Co Bayden deyir ki, güya, Türkiyə İŞİD-ə kömək edir. Bu iddia kökündən yanlışdır. Biz heç vaxt İŞİD kimi bir terror təşkilatına kömək edə bilmərik. Bunu kimsə isbat edə bilməz. Xarici döyüşçülər əsla bizim ölkəmizdən Suriyaya girməyib. Turist pasportuyla gəlib, Suriyaya keçib, amma silahlı olaraq keçdiyini kimsə söyləyə bilməz. Biz bu ana qədər 6 min adamın Türkiyəyə girişinə qadağa qoymuşuq. Bunları bildikləri halda Fransa deyir ki, 1000-dən çox döyüşçüsü ordadır. İngiltərə isə 600 döyüşçü haqda məlumat verir. Bunları özləri söyləyir. Özləri söylədikləri halda Türkiyəni bu cür ittihamlarla qarşı-qarşıya buraxmaq çox səhvdir. Hörmətli Bayden də deyir ki, guya biz İŞİD-ə dəstək dururuq. O, belə bir şey söylədisə, bizdən üzr diləməlidir", - deyə Ərdoğan əlavə edib.

Ərdoğan sonda müsəlmanların bayramını təbrik edib: "Bütün millətimin, İslam dünyasının Qurban bayramını təbrik edirəm. Təəssüf ki, İslam dünyası son illərdə çətin günlərini yaşayır. Öldürən də müsəlmandır, öldürülən də müsəlman. "Allahu Əkbər" səsləriylə insanların ölməsi və öldürülməsi dəhşətdir. Bunun bizim dinimizə qətiyyən dəxli yoxdur. Hal-hazırda sərhədlərimiz sanki təhdid altındadır, bunları görürük. İŞİD indi Kobanidədir, sabah bəlkə sərhədimizə yaxın yerlərdə olacaq. Bütün bunlara qarşı Türkiyə Respublikası olaraq cavab tədbirləri görməliyik".


Babək Göyüş
AzNews.az