- Köhnə - Dünya
- 8 Oktyabr 2014 13:27
- 4 405
Bayden növbəti dəfə üzr istədi
ABŞ-ın vitse-prezidenti Co Bayden növbəti dəfə üzr istəyib.
AzNews.az xəbər verir ki, ABŞ rəsmisi bu dəfə Səudiyyə Ərəbistanı xarici işlər nazirindən üzr istəyib.
Qeyd edək ki, Bayden Səudiyə Ərəbistanını Suriyada yaraqlılara dəstək verməkdə ittiham etmişdi.
Bayden Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl Feysələ zəng vuraraq ötən həftə verdiyi bəyanata aydınlıq gətirib. ABŞ-ın vitse-prezidenti Səudiyə Ərəbistanının xaric işlər nazirinə ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizədə onlara verdikləri dəstəyə görə minnətdarlıq edib.
Xəyal Əzizov