- Köhnə - Dünya
- 9 Oktyabr 2014 18:21
- 4 675
ABŞ Türkiyədən qorxur
Belə ki, Türkiyənin İraq və Suriya ərazisinə qoşun yeritməsi separatçı kürd yaraqlılarının da sonu olacağına gətirib çıxaracağından ABŞ ehtiyat edir. Bu səbəbdən də ABŞ Türkiynin İŞİD-ə müdaxilə etməsinə bir qərar verə bilmir. ABŞ səlahiyyətliləri hesab edir ki, Türkiyə qoşunları İŞİD-lə bərabər kürd yaraqlılarına da zərbələr endirəcək. Bu isə daima Qərb ölkəlirinin əlində Türkiyəyə qarşı siyasi təzyiq üçün istifadə olunan kürd kartının əldən çıxması deməkdir.
Bununla belə İŞİD-in qabağını kəsmək üçün ABŞ üçün türk ordusundan başqa bir alternativ də yoxdur.
Qeyd edək ki, Suriya ilə Türkiyə sərhədində yerləşən Kobani şəhərinə İŞİD tərəfindən edilən aramsız hücumlara qarşı PKK terror təşkilatının silahlıları son müdafiə xəttini qurublar. Türkiyə isə sərhəddə böyük sayda ordu qüvvələri yerləşdirsə də İŞİD və PKK terror təşkilatlarının qanlı döyüşlərinə hələlik seyrçi qalır.
Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlar məsələsi sabah ABŞ rəsmilərinin Ankarada keçirəcəyi görüşdə müzakirə olunacaq. Bu görüşdə veriləcək qərarı Türkiyə ictimaiyyəti ABŞ başda olmaqla bütün Yaxın Şərq regionu maraqla gözləməkdədir.
AzNews.az