- Köhnə - Dünya
- 11 Oktyabr 2014 10:45
- 6 554
“Taliban” Nobel Sülh mükafatına etiraz etdi
“Taliban” terror təşkilatı pakistanlı Malala Yusufzaya Nobel Sülh mükafatının verilməsini qınayıb.
AzNews.az xəbər verir ki, "Taliban" terror təşkilatının bir qolu olan "Cammat-ül Əhrar" Malalanı "kafirlərin agenti" adlandırıb və qrupun başçılarından olan Ehsanül Ehsan Twitter səhifəsində gənc qızın İslamla heç bir əlaqəsinin olmadığını yazıb.

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində təhsil alan 17 yaşlı Malala Yusufzay 2012-ci ildə Pakistanda təhsilə dəstək verdiyi üçün "Taliban" terror təşkilatı tərəfindən başından vurulmuşdu.

Dünən ona təhsilə verdiyi dəstəyə görə Nobel Sülh mükafatı təqdim edilib.

Nərmin Məmmədli
AzNews.az