İŞİD İraqda 5 kəndi ələ keçirdi - VİDEO

İraqın qərbində irəliləyən İŞİD qruplaşması Əl Abbat vilayətinin 5 kəndini ələ keçirib.



AzNews.az xəbər verir ki, qruplaşma Əl Abbat vilayətinə 3 istiqamətdən hücum edərək vilayətin 5 kəndini nəzarətə götürüb.

Məsələ ilə bağlı açıqlama verən vilayətin şəhər nümayəndəliyinin rəsmisi Adnan Fehdavi bildirib ki, ərazini qoruyan İraq qoşunlarının hazırlığı və gücü İŞİD əsgərlərindən zəif olduğuna görə müqavimət göstərə bilməyiblər.

Şəhər nümayəndəliyinin rəsmisi Bağdada müraciət edərək onlara hərbi yardım göstərilməsini tələb edib.




Xəyal Əzizov