- Köhnə - Dünya
- 24 Oktyabr 2014 09:52
- 2 643
Barak Obama vəzifəsindən getməlidir
ABŞ-lı iş adamı Donald Tramp prezident Barak Obamanı Nyu-York şəhərində ilk Ebola virusu tapıldığına görə istefaya çağırıb.
AzNews.az xəbər verir ki, bu haqda iş adamı özünün tvitter səhifəsində yazıb.
Nyu-York şəhərində xəstəxanaya yerləşdirilən həkimdə Ebola virusunun simptomları aşkar edilib. Virusa yoluxan Kreyq Spenser ABŞ-a Qərbi Afrikadan gəlib.
"Əgər bu həkim yoxlanılmadan Afrikadan Nyu-Yorka gəlirsə, Barak Obama bunun üçün ölkə vətəndaşlarından üzr istəməli və istefaya getməlidir", - deyə iş adamı bildirib
Donald Tramp öz bloqunda ABŞ prezidenti psix adlandırıb.