Qətər Suriya və İraqda İslam Dövləti kimi ekstremist qrupları dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edib. Qətər Suriya və İraqda İslam Dövləti kimi ekstremist qrupları dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edib.

Qətər İŞİD-lə bağlı iddiaları rədd etdi

Qətər Suriya və İraqda İslam Dövləti kimi ekstremist qrupları dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edib.



AzNews.az xəbər verir ki, bu haqda BBC-yə danışan yüksək rütbəli Qətər rəsmilərindən biri yalnız mötədil qruplara kömək etdiyini deyərək bu istiqamətdə atılan addımların ABŞ və müttəfiq ərəb ölkələri kəşfiyyatı ilə əlaqələndirildiyini bildirib.
Keçmişdə güman edilib ki, Qətər və oradakı donorlar sərt mövqedə duran islamçı qrupları silahlandırıb və maliyyələşdirib.

Bu ayın əvvəlində Britaniya parlamentinin bir qrup üzvü iddialarla bağlı Londonun Doha ilə əməkdaşlığını sorğu-suala tutub.

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner bildirib ki, iddialar Britaniyaya böyük sərmayelər qoyan Qətərin imicinə xələl gətirib.

Ötən ay ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Qətərlə Küveyti tənqid edərək deyib ki, onlar ifratçı qrupların maliyyələşdirilməsini kəsmək üçün kifayət qədər səy göstərmirlər.

ABŞ terrorçu qrupları dəstəkləməkdə şübhəli bilinən bəzi qətərlilərə qarşı sanksiyalar tətbiq edib.

Məsələ ətrafında qalmaqal Qətərin rəhbəri Şeyx Tamim bin Hamad əl Taninin London səfəri ərəfəsində yer alıb.

Qətər kəşfiyyatının başçısı deyib ki, ölkəsi Suriyada Bəşər əl-Əsəd rejiminə qarşı vuruşanlara dəstək göstərdiyini gizlətmir.

Məsələ ondadır ki, həmin qüvvələrin mövqeləri dəyişir və nə zamansa mötədil olanlar daha sonra ifratçı İslamçı döyüşçülərə qoşula bilər.

2012-ci ildən bəri Suriya ilə bağlı məsələlər Qətərin kəşfiyyat qurumunun səlahiyyətlərinə daxildir. Ölkə rəsmiləri o vaxtdan bəri sərt maliyyə nəzarətinin tətbiq edildiyini deyərək bir neçə həbslərin həyata keçirildiyini bildiriblər.

Qətər sentyabra ayından ABŞ-ın İD-ə qarşı Suriyadakı əməliyyatını dəstəkləyən ölkələrə qoşulub.

Bölgədə izləmə missiyaları ilə bütün hücumların koordinasiyası üzrə ABŞ Qüvvələrinin məxfi Əl Udeid hava bazası Qətərdə yerləşir.