Həbsxanaya hücum edildi, 200 məhbus qaçırıldı Həbsxanaya hücum edildi, 200 məhbus qaçırıldı

İraqda görünməmiş olay

Həbsxanaya hücum edildi, 200 məhbus qaçırıldı



İraqın paytaxtı Bağdaddan 160 kilometr məsafədə yerləşən Tikrit şəhərində terrorçular həbsxanaya hücum edib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, həbsxana gözətçiləri ilə terrorçular arasında atışma baş verib. Həbsxananı ələ keçirən terrorçular 200-dən çox məhbusu azad ediblər.

Yerli polisin verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Polis paltarı geyinmiş terrorçular partlayıcı qurğu ilə yüklənmiş avtomobili həbsxananın giriş qapısında partladıblar. Daha sonra həbsxanaya hücum edən terrorçularla gözətçilər arasında silahlı qarşıdurma yaranıb. Nəticədə 14 nəfər ölüb, 65 nəfər isə yaralanıb. Onlardan 2-sinin polis əməkdaşı birinin isə hərbiçi olduğu deyilir.

Verilən məlumata görə, azad olunanlar arasında müxtəlif terrorçu qruplaşmaların üzvləri əksəriyyət təşkil edir. Şəhərdə komendant saatının tətbiq edildiyi və şəhər yollarının bağlanıldığı da gələn xəbərlər arasındadır.

Sadiq Musa
AzNews.az