"Gəlin günahsız suriyalıların qanını axıtmayaq və danışıqlar masası arxasında əyləşək" "Gəlin günahsız suriyalıların qanını axıtmayaq və danışıqlar masası arxasında əyləşək"

Suriya BMT-dən müxalifəti dialoq çağırdı

"Gəlin günahsız suriyalıların qanını axıtmayaq və danışıqlar masası arxasında əyləşək"



Suriyanın Xarici İşlər naziri Valid Muallem BMT-də çıxış edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya XİN rəhbəri çıxışında müxalifəti dialoqa dəvət edib. Eyni zamanda o, xarici ölkələri Suriya müxalifətinə silah yardımı etməməyə çağırıb və bu kimi addımların ölkədə sülhə xidmət etmədiyini bildirib.

"Mən Suriya müxalifətinə bildirirəm ki, gəlin günahsız suriyalıların qanını axıtmayaq və danışıqlar masası arxasında əyləşib problemi həll edək".

O, həmçinin Suriyada konstruktiv danışıqların aparılmasında maraqlı olan bütün qüvvələrə qapıların açıq olduğunu deyib və əlavə edib ki, bu cür razılaşma əldə olunduqdan sonra Suriyanın gələcək taleyi daha şəffaf və demokratik olacaq.

Sadiq Musa
AzNews.az