Hon Konq sahillərində ağır qəza -25 ölü

Hon Konq sahillərində ağır qəza baş verib. AzNews.az-ın news.ru saytına istinadən verdiyi xəbərə görə, sərnişin gəmisi ilə qayıq toqquşub. Nəticədə ən az 25 nəfər həlak olub.

Verilən məlumata görə, qəzadan sonra içərisində 124 nəfərin olduğu sərnişin gəmisi suya qərq olub. Onlardan 95-ni xilas etmək mümkün olsa da onlarla insan itkin düşüb. Xeyli sayda sərnişinin isə xəstəxanalara yerləşdirildiyi bildirilir. Ölənlər arasında uşaqların da olduğu gələn xəbərlər arasındadır.

Qeyd edək ki, hazırda hadisə yerində xilasedicilər itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur.

Sadiq Musa
AzNews.az