- Köhnə - Dünya
- 4 Fevral 2015 08:54
- 3 501
Qatar avtomobillə toqquşdu - 7 ölü (VİDEO)
ABŞ-ın Nyu-York şəhərində elektrik qatarı minik avtomobili ilə toqquşub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı CBS telekanalı yayıb.
Məlumatda deyilir ki, qəza nəticəsində minik avtomobilinin qadın sürücüsü və qatarda olan 6 sərnişin həlak olub. Daha 12 sərnişinin də yaralandığı deyilir. Hadisə zamanı qatarın içərisində 800 sərnişin olub.
Şahidlərin sözlərinə görə, qəzanı həlak olan qadın sürücü törədib. Onun idarə etdiyi "Cherokee" markalı avtomobil qatarın yoluna çıxıb.