- Köhnə - Dünya
- 9 Fevral 2015 09:36
- 4 930
Stadionda dava düşdü – 30 ölü (VİDEO)
Misirin paytaxtı Qahirə şəhərində futbol üzrə Premyer Liqanın oyunu zamanı dava düşüb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Məlumatda deyilir ki, münaqişə bileti olmayan fanatlarla polis arasında yaranıb. Onlar oyunu seyr etmək üçün zorla stadiona daxil olmaq istəyiblər, polis isə onların qarşısını kəsib. Nəticədə dava düşüb. Hadisə yerinə gələn post patrul xidmətinin iki avtomobili yandırılıb. Xüsusi təyinatlı qüvvələr fanatları rezin dəyənəklərlə və gözyaşardıcı qazla ərazidən uzaqlaşdırıb.
Hadisə zamanı 30 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Ölənlərin çoxunun sıxlıqda öldüyü deyilir. Hazırda dünyasını dəyişənlərin qohumları xəstəxana və morqların qarşısına toplaşaraq meyitlərin verilməsini tələb edirlər.