Səfirliyə hücum edənləri ölüm cəzası gözləyir

Tunisdə Amerika səfirliyinə hücum edənlərdən bir neçəsini ölüm cəzası gözləyir. Bu barədə məlumatı vəkil Anuar Uled Əli keçirdiyi mətbuat konfransında verib.

Vəkil bildirib ki, aksiyanın bəzi iştirakçıları Tunis Cinayət Məcəlləsinin 74-cü maddəsi ilə ittiham edilir. Bu maddə isə ən yüksək cəzanı nəzərdə tutur.

İTAR-TASS agentliyinin məlumatına görə, "Müsalmanın məsumluğu" filminə etiraz aksiyalarında Amerikanın Tunisdəki səfirliyinə, Amerika məktəbinə hücum edilmişdi. Hadisələr nəticəsində 4 nəfər həlak olub, onlarla şəxs yaralanıb.

Elnarə Əlosmanqızı
AzNews.az