Polis öz həmkarını öldürdü

Rusiyanın İrkutsk vilayətində bir polis əməkdaşının ölümü və bir neçə şəxsin yaralanması ilə bağlı yol qəzası baş verib.



AZNEWS.AZ xəbər verir ki, yol qəzası polis əməkdaşının idarə etdiyi avtomobil tərəfindən törədilib.

O, bir neçə piyadanı vurduqdan sonra hadisə yerindən uzaqlaşıb, ancaq sonradan günahını ört-basdır etmək üçün özünü öldürüb.

Ölən piyada – polis əməkdaşı isə həmin gün iş növbəsində olmayıb.


Hadisənin Listvyanka-İrkutsk magistralında törədildiyi deyilir.