Hərbi təyyarələr sərhədə 10 kilometrdən çox yaxınlaşmayacaq Hərbi təyyarələr sərhədə 10 kilometrdən çox yaxınlaşmayacaq

Əsəddən ordusuna qadağa

Hərbi təyyarələr sərhədə 10 kilometrdən çox yaxınlaşmayacaq



Suriya prezidenti Bəşər Əsəd hərbi təyyarə və vertolyotların Türkiyə ilə sərhəddə 10 kilometrdən çox yaxınlaşması, artilleriyanın sərhədə yaxın bölgələrə atəş açmaması barədə təlimat verib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu təlimat Türkiyə artilleriyasının cavab atəşi ilə Suriya ordusuna məxsus 3 tank, 2 zirehli maşının məhv edilməsi, 10 əsgərin öldürülməsindən sonra verilib.

İsrail kəşfiyyatına yaxın "DEBKAfile" saytı isə Türkiyənin məqsədinin Suriya ərazisində sərhəddən başlayaraq 10 kilometr məsafədə neytral zona qurmaq olduğu barədə məlumat yayıb. İddiaya görə, Türkiyənin Akçakale rayonuna təsadüfən düşən artilleriya mərmisindən sonra Ankara bu planı həyata keçirmək üçün hərəkətə keçib. 10 km enində yaradılacaq neytral zonadan müxalif Tevhid taborları və Şimalın Xilaskarları adlı silahlı müxalif qrupun dayaq nöqtəsi kimi istifadə etməsi nəzərdə tutulur.

AzNews.az