Bu gün səhər dünyanın ən yaşlı qadını hesab edilən Misao Okava dünyasını dəyişib. Bu gün səhər dünyanın ən yaşlı qadını hesab edilən Misao Okava dünyasını dəyişib.

Dünyanın ən yaşlı qadını öldü

Bu gün səhər dünyanın ən yaşlı qadını hesab edilən Misao Okava dünyasını dəyişib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Kyodo agentliyi yayıb.

Mart ayının 5-də 117 yaşını qeyd edən Misao özünü ən xoşbəxt insan hesab etdiyini demişdi.

O, uzun ömür sürməyin sirrini də belə açıqlamışdı: "Hər gün 8 saat yatıram və daimi olaraq suşi yeyirəm".

Qeyd edək ki, Misao Okava 1898-ci ildə anadan olub. Bir dəfə ərdə olan qadın 1931-ci ildə dul qalıb. Onun həmyerlisi Dziroemon Kimura öldükdən sonra o, 2013-cü ildə dünyanın ən yaşlı qadını hesab edilib.

İndi onun ölümündən sonra bu yer ABŞ-ın Arkanzas ştatında yaşayan 116 yaşlı Qertruda Uiverə nəsib olub.