Gərginlik pik həddə çatıb Gərginlik pik həddə çatıb

General Türkiyə-Suriya sərhədində

Gərginlik pik həddə çatıb



Türkiyə Baş Qərargah rəisi general Necdet Özəl Quru Qoşunları komandanı general Hayri Kıvrıkoğlu ilə birlikdə Türkiyə-Suriya sərhədində olub. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, hər iki general vəziyyətlə yerindəcə tanış olublar.

Onlara bütün sərhəd boyu yaranmış vəziyyətlə bağlı məlumat verilib. Bundan əlavə, ölkənin digər sərhəd rayonlarında da generallar yoxlamalar aparıblar. Təkcə Özəlin bir neçə sərhəd rayonunda olduğu bildirilir.

Sadiq Musa
AzNews.az