- Köhnə - Dünya
- 16 Aprel 2015 11:46
- 2 426
BMT-nin baş katibinin xüsusi nümayəndəsi istefa verdi
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Camal Benomar istefa verib.
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı qurumdakı mənbələr veriblər. Lakin rəsmi mənbələr xəbəri hələki təsdiq etmirlər.
Məlumat üçün bildirək ki, bir nüçə müddət əvvəl Camal Benomarın vəzifədən gedəcəyi və onun yerinə BMT baş katibinin Ebola virusu ilə mübarizə üzrə nümayəndəsi, mavritaniyalı Uld Şeyx Əhmədin gətiriləcəyi ilə bağlı məlumat yayılmışdı.