- Köhnə - Dünya
- 14 May 2015 11:40
- 2 205
“Toyota” və “Nissan”da təhlükəsizlik yastıqları işləmirmiş
Yaponiyanın aparıcı avtomobil istehsalçıları “Toyota” və “Nissan” istehsal etdikləri 6,5 milyon avtomobili geri çağırıb.
Fins.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, buna səbəb həmin maşınlarda təhlükəsizlik yastıqlarının nazas olmasıdır.
Yastıqlar "Takata şirkəti" tərəfindən hazırlanıb. Bu şirkətin məhsulları ilə təchiz olunmuş avtomobillərin geri çağırılması 2008-ci ildə də baş verib. O vaxt 25 milyon maşın zavodlara qaytarılıb. Buna səbəb "Takata" yastıqlarının bəzi "Honda" markalı avtomobillərdə özünün doğrultmaması və 6 nəfərin həlak olması idi.