Bu gün İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın Konqresində bomba həyəcanı yaşanıb. Bu gün İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın Konqresində bomba həyəcanı yaşanıb.

FİFA-nın Konqresində bomba həyəcanı - Binada Rövnəq Abdullayev də var

Bu gün İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın Konqresində bomba həyəcanı yaşanıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "sovsport" saytı yayıb.

Məlumata görə, bu haqda polisə anonim informasiya daxil olub.

BBC-nin jurnalisti Den Roan özünün Tvitter səhəfəsində yazıb: "Alman mediası xəbər verir ki, binada bomba var".

Sürix polisi də bomba haqda informasiya aldığını təsdiq edib. Əraziyə xeyli sayda polis əməkdaşları gəlib.

FİFA-nın Baş katibi Jerom Valke deyib ki, hüquq mühafizə orqanları binada axtarış aparıb: "İndi rahat şəkildə iclasımızı davam etdirə bilərik".

Qeyd edək ki, FİFA-nın 65-ci konqresində AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edir.