“Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə girişinin məhdudlaşdırılması qərarı “əcinnə ovuna” bənzəyir”. “Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə girişinin məhdudlaşdırılması qərarı “əcinnə ovuna” bənzəyir”.

Avropa Parlamentindən Rusiya siyasətçilərinə qarşı - “Əcinnə ovu“

“Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə girişinin məhdudlaşdırılması qərarı “əcinnə ovuna” bənzəyir”.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri RF XİN-in informasiya və mətbuat departamentinin direktor müavini Mariya Zaxarova bildirib.

"Belə təəssürat yaranır ki, avrobürokratiya müqəddəs inkvizisiya dövrünə qayıdır. Rusiya əcinnələrinə ov elan olunub. "Rusiya KİV-lərinin indeksi" daxil edilib. Bəs sonra? Dini məhkəmələr Rusiya diplomatlarını Brüssel tonqallarında yandıracaq?", - deyə xarici siyasət idarəsinin nümayəndəsi Facebook səhifəsində istehza ilə bildirib.



Zaxarovanın sözlərinə görə, belə bir qərarın məqsədi anlaşılmazdır: "Avropa Parlamentinə sual açıq qalır: Rusiya daimi nümayəndəsinin assambleyaya buraxılmamasının məqsədi nədir? Axı hansısa məntiqli izah olmalıdır".

Xatırladaq ki, iyunun 2-də Avropa siyasətçiləri Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə buraxılmasına məhdudiyyət qoyub.

Aydan Axundova