Türkiyə Hava Qüvvələrinin dost və müttəfiq ölkələrə hərbi pilot hazırlayacaq. Türkiyə Hava Qüvvələrinin dost və müttəfiq ölkələrə hərbi pilot hazırlayacaq.

Türkiyə Azərbaycan üçün pilot hazırlayacaq

Türkiyə Hava Qüvvələrinin dost və müttəfiq ölkələrə hərbi pilot hazırlayacaq.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, çox millətli Uçuş Təhsil Mərkəzinin (ÇUUEM) iyunun 16-da açılış mərasimi olub.

Mərasimdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl, Pakistan Hava qüvvələri Komandiri, Sudan Hava qüvvələri komandiri, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Makedoniya Hava qüvvələri komandiri iştirak edib.

Açılış mərasimindən sonra Türkiyə, ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Pakistan və Türkmənistan arasında razılaşma memarandumu imzalanıb.

Razılaşmadan sonra çıxış edən baş qərargah rəisi N.Özəl bildirib ki, yeni açılışı olan ÇUUEM-in NATO ilə birgə fəaliyyətlərini davam etdirəcək. "ÇUUEM-in verəcəyi təhsil regional sülhün və sabitliyin təmin edilməsinə qatqı edəcək. Bildirilib ki, Türkiyə NATO və digər müttəfiq ölkələrlə birlikdə çalışacaq gələcəyin ən müvəffəqiyyətli pilotlarını yetişdirəcək.