Misirin Ərəb Respublikası yerli və dünya mətbuatında ən uzun iftar süfrəsi ilə gündəmə gəlib. Misirin Ərəb Respublikası yerli və dünya mətbuatında ən uzun iftar süfrəsi ilə gündəmə gəlib.

Dünyanın ən uzun iftar süfrəsi açıldı

Misirin Ərəb Respublikası yerli və dünya mətbuatında ən uzun iftar süfrəsi ilə gündəmə gəlib.


AzNews.az Azertac-a istinadən xəbər verir ki, iftar süfrəsi iyunun 26 - da ölkənin Aralıq dənizi sahilində yerləşən İsgəndəriyyə şəhərində açılıb.

Sahilboyu açılan süfrənin uzunluğu 4.6 km olub. Qeyd olunur ki, 4600 metr uzunluqda qurulan stollar Ginnesin Rekordlar kitabına dünyanın ən uzun yemək süfrəsi kimi qeydiyyata düşüb.

İsgəndəriyyə meri Hani Mesiri bununla bağlı qeyd edib ki, çox sayda yeməkxana və restoran rəhbərliyi ən uzun iftar süfrəsinin təşkilinə dəstək verib. Mer həmçinin məqsədlərinin, turistlərin diqqətini bu şəhərə cəlb etmək olduğunu bildirib.

İftar süfrəsində 7500 nəfər yemək yeyib və onlara təxminən 650 könüllü xidmət göstərib.

Süfrənin hazırlanmasında bir çox əcnəbi missiyaların tanınmış aşpazları da yaxından iştirak edib.