İrəvanın Baqramyan prospektində oturaq mitinqi həyata keçirənlər qarşısında polis ciddi şərt qoyub. Şərtə əsasən etirazçılar gecə vaxtı qışqırmamalı və fışqırıq çalmamalıdırlar. İrəvanın Baqramyan prospektində oturaq mitinqi həyata keçirənlər qarşısında polis ciddi şərt qoyub. Şərtə əsasən etirazçılar gecə vaxtı qışqırmamalı və fışqırıq çalmamalıdırlar.

“Gecələr səs salmayın” - İrəvan polisinin tələbi (VİDEO)

İrəvanın Baqramyan prospektində oturaq mitinqi həyata keçirənlər qarşısında polis ciddi şərt qoyub. Şərtə əsasən etirazçılar gecə vaxtı qışqırmamalı və fışqırıq çalmamalıdırlar.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Məlumata görə, dünən gecə bir qrup etirazçı ilə İrəvan şəhər polis idarəsinin rəis müavini Valeri Osipyanla görüş olub. Görüşdə Osipyan mitinqçilərə bildirib ki, onların toplaşması qeyri-qanunidir.

Hazırda polislə etirazçılar arasında zibil qutularından ibarət bufer zonası yaradılıb.

Qeyd edək ki, İrəvan şəhərinin sakinləri ölkədə elektrik enerjisinin qiymətlərinin artırılmasına etiraz etmək üçün küçələrə axışıblar.