- Köhnə - Dünya
- 2 İyul 2015 14:05
- 2 355
Sərnişin gəmisi batdı - 36 ölü, 21 itkin
Filippində “Kim Nirvana” sərnişin bərəsi batıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kometos adasına yola düşən gəmi Ormok şəhərində batıb.
118 nəfərin həyatını xilas etmək mümkün olub.
Həlak olanların siyahısında 36 nəfərin adı var. 21 nəfər isə itkin hesab olunur.
Məlumata görə, gəmi yola düşməzdən bir neçə dəqiqə sonra çevrilib. Həmin vaxt dənizdə güclü dalğa müşahidə olunub.
Axtarış və xilasetmə işləri davam etdirilir.
Aydan Axundova