Təhsil naziri plagiatlıqda ittiham edildi

Almaniyanın təhsil naziri Anetta Şavan plagiatlıqda ittiham edilir. Nazirin doktorluq dissertasiyasını başqasından köçürdüyü barədə iddialar var.

Doktorluq elmi dərəcəsini Anetta Şavan Düsseldof Universitetində alıb. Onun doktorluq dissertasiyası "Şəxsiyyət və vicdan" mövzusunda olub. 32 il əvvəl baş verdiyi bildirilən plagiatlıq hadisəsini inkar edən nazır daha çox müsəlman müəllimlərə hicabı qadağan etməsi ilə yadda qalıb.

Qeyd edək ki, bu, Almaniyada vəzifəli şəxslərin plagiatlıqda ittiham edilməsi ilə bağlı ilk hadisə deyil. Əvvəllər müdafiə naziri plagiatlıqda günahlandırılaraq vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı.

Elnarə Əlosmanqızı
Aznews.az